Çin tərəfi 9 Mayda Moskva şəhərində keçiriləcək hərbi parada xüsusi nümayəndə heyəti göndərməyəcək.
Reyting.az-ın məlumatına görə, Çin Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilir ki, ölkəni tədbirdə Çinin Rusiyadakı səfirliyinin nümayəndələri təmsil edəcəklər.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Tsyanın sözlərinə görə, bu məsələ ilə bağlı xüsusi yozuma ehtiyac yoxdur və Rusiyadakı Çin səfirliyinin nümayəndələri mütləq paradda iştirak edəcəklər.
Oqtay Qorçu