Advert
Advert

Çikaqoda Obama Mərkəzi tikilib 

Tarix:
Çikaqoda Obama Mərkəzi tikilib 
Reklam

ABŞ-ın Çikaqo şəhərində bu ölkənin 44-cü prezidenti Baram Obamanın şərəfinə inşa olunan mərkəzin tikintisi başa çatıb. Obama Mərkəzinin əsas hissəsinin hündürlüyü 69 metrlik qranit qüllədir.

Reyting.az xəbər verir ki, təxminən 8 hektara yaxın bir ərazini əhatə edən mərkəzdə ictimai forum və kitabxana filialı, sərgi, təhsil məkanları, eyni zamanda istirahət və idman zonaları yaradılıb. 

Mütəxəssislər bildiriblər ki, layihə çox orijinaldır, həmçinin tamamilə ənənəvi prezident kitabxanasının dizaynından fərqlidir. Məlum olub ki, Barak Obamanın adını daşıyan bu mərkəz təhsil və mədəniyyət, eləcə də ictimai fəaliyyətlər üçün çoxfunksiyalı kompleks kimi nəzərdə tutulub.

Donald Trampın tərəfindən ən çox tənqidə məruz qalan və bəzi siyasətçilərin fikrincə, hətta öz fəaliyyətinə görə, Amerika tarixinə düşməyə layiq olmayan, çox zaman sıradan Amerika Birləşmiş Ştatlarının adi bir dövlət başçısı kimi qiymətləndirilən eks-prezident Barak Obamanın adı verilmiş yeni Obama Mərkəzi ABŞ tarixində 14-cü prezident memorial kompleksi hesab olunur. 

Tikinti, eyni zamanda Çikaqo şəhərinin ərazisində, cənub hissəsinin yeni memarlıq simvollarından biri kimi qiymətləndirilib.

Oqtay Qorçu

Reklam