Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bu gün və İranın xarici işlər naziri Abbas Əraqçi ilə telefonda danışıb.
Reyting.az xəbər verir ki, görüşdə regiondakı son vəziyyət və ABŞ-la danışıqlar müzakirə olunub.
***
Xxarici işlər naziri Ceyhun Bayramov bu gün İran XİN başçısı Seyid Abbas Əraqçi ilə telefonda danışıb.
Reyting.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Telefon danışığı zamanı Azərbaycan-İran ikitərəfli əlaqələri, eləcə də regionda mövcud vəziyyət ətrafında müzakirə aparılıb.
Seyid Abbas Əraqçi tərəfindən İranın son sülh təşəbbüsləri və regionda müharibə vəziyyətinə son qoyulması istiqamətində mövqeyi barədə məlumat verilib.
Tərəflər regionda sabitliyin və təhlükəsizliyin təmin olunması, gərginliyin azaldılması istiqamətində səylərin vacibliyi vurğulayıblar.
Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.