Advert
Advert

Çempionlar Liqası: həftənin rəmzi komandası müəyyənləşib

Tarix:
 Çempionlar Liqası: həftənin rəmzi komandası müəyyənləşib
Reklam

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçularından ibarət rəmzi komandasının adı açıqlanıb.

Reyting.az xəbər verir ki, siyahıda aşağıdakı futbolçular yer alıb:

Qapıçı: Xuan Musso ("Atletiko");

Müdafiəçilər: Markinyos (PSJ), Dayot Upamekano ("Bavariya"), Eduardu Kuarejma ("Sportinq");

Yarımmüdafiəçilər: Coşua Kimmiç ("Bavariya"), Martin Zubimendi ("Arsenal"), Markos Lyorente ("Atletiko"), Arda Güler ("Real");

Hücumçular: Maykl Olise ("Bavariya"), Usman Dembele (PSJ), Ferran Torres ("Barselona").

Qeyd edək ki, Çempionlar Liqasının cari mövsümünün həlledici final qarşılaşması 2026-cı il mayın 30-da Macarıstanın paytaxtı Budapeştdə yerləşən "Puşkaş Arena"da keçiriləcək.(Matc.az)
 

Reklam