"Çelsi"nin müdafiəçisi Coş Açimponq Avropanın bir sıra klublarının transfer siyahısına düşüb.
Reyting.az xəbər verir ki, bu barədə insayder Ekrem Konur məlumat yayıb.
"Barselona", "Bavariya" və "Mançester Yunayted" ingiltərəli futbolçunu transfer etmək istəyir. Hər üç klub Açimponqun meneceri ilə əlaqə saxlayıb.
"Liverpul" və "Real" da 19 yaşlı sağ cinah müdafiəçisi ilə maraqlanır.
Qeyd edək ki, İngiltərə U-21 millisinin üzvü olan Coş Açimponq bu mövsüm "Çelsi"nin heyətində keçirdiyi 25 oyunda 2 qol vurub.(Matc.az)