Advert
Advert

Buxarla işləyən motosiklet sürəti ilə rekord qırıb 

Tarix:
Buxarla işləyən motosiklet sürəti ilə rekord qırıb 
Reklam

Böyük Britaniyada motoskilet həvəskarı olan mühəndis Qrehem Sayks unikal  sistemə malik, sürətli buxar mühərrikli motosiklet hazırlayıb. İxtiraçının "Force of Nature" adlandırdığı bu texnika "Festival of Power" çərçivəsində "Santa Pod Raceway" trasında keçirilən yarışda 402 metri 5,503 saniyəyə qət edib və təxminən saatda 311 kilometr sürət yığmaqla, dünyada ikinci ən sürətli motosiklet olub.

Reyting.az-ın məlumatına görə, motoskilet daha qısa yol qət edən, yəni 201 metrlik məsafədə 3,258 saniyə və 338 km/saat nəticə ilə buxarla işləyən motosikletlər arasında rekord vurub.

Bu motosikletin texnologiyası qeyri-adidir. İki təkərli bu yeni nəqliyyat vasitəsi 260°C-yə qədər qızdırılmış, eyni zamanda da çox yüksək təzyiq altında saxlanılan su ehtiyatını motoskiletə quraşdırılmış xüsusi sistemin vasitəsilə çıxarıb onu ani şəkildə buxara çevirir və bunun nəticəsində güclü itələmə qüvvəsi yaradır.

Layihə altı il ərzində hazırlanıb. Sayksın sözlərinə görə, hazırda nümayiş olunan sonuncu versiyada gücləndirilmiş şassi, 6 g yüklənməyə davamlı konstruksiya və daha effektiv isitmə sistemi var. 

Müəllif bildirib ki, o, gələcəkdə 400 metrlik məsafəni 5 saniyədən də tez qət etməyi hədəfləyir, lakin hazırda texnologiyanın təhlükəli risklər daşıması səbəbindən onun ixtira etdiyi motosikletin şəhər daxilində, eləcə də şəhər kənarında yollarda istifadəsi mümkün görünmür.

Oqtay Qorçu
 

Reklam