Advert
Advert

Bu gün "Sabah" komandası "Abşeron Lions"la qarşılaşacaq

Tarix:
Bu gün
Reklam

Azərbaycan Basketbol Liqasının qalibi bu gün bəlli ola bilər.

Reyting.az-ın məlumatına görə, turnirin final seriyasının üçüncü oyununda "Sabah" "Abşeron Lions"la üz-üzə gələcək.

Qarşılaşma Bakı İdman Sarayında, saat 19:00-da start götürəcək.

"Sabah" qələbə qazanacağı təqdirdə ölkə çempionu adına sahib çıxacaq. Bakı təmsilçisi əvvəlki iki görüşdə rəqibini məğlub edib - 98:93, 112:84.

Xatırladaq ki, reqlamentə əsasən, final seriyasında üç qələbəyə çatan kollektiv Azərbaycan Basketbol Liqasının qalibi olacaq.(Report)

Reklam