Advert
Advert

Bu gün sənin günündür, əziz qardaşım

Tarix:
Bu gün sənin günündür, əziz qardaşım
Reklam

Ömrünün 75-ci ilini alnıaçıq, üzüağ, kişi kimi başa vuran, sevilən bu insan - publisistikası və müxtəlif səpkili yazıları maraqla oxunan Akif Cabbarlıdır. Şahdağın vüqarını, Türyançayın coşqunluğunu özü ilə paytaxta gətirən Akif İsmayıloğlunu respublikanın mətbuat cameəsində demək olar ki, tanımayan yoxdur.

Çox-çox illər əvvəl yaşadığı onlarla kövrək xatirəni böyük ustalıqla qələmə alaraq maraqlı hekayələr şəklində təqdim etməyi bacaran Akif müəllim 6 bədii-publisistik kitabın və bir neçə televiziya filminin ssenari müəllifidir.

150 illik mətbuatımızın ağsaqqal simalarından biri, yarım əsrdən artıq çalışdığı teleradio və qəzetlərdə böyük nüfuz qazanmış, bir sıra təltif və mükafatlara layiq görülmüş Akif Cabbarlı bu gün də fəal jurnalistika fəaliyyəti ilə məşğuldur. Dilimizin keşiyində ayıq-sayıq dayanan təvazökar insan, gözəl dost, istedadlı qələm sahibi, Azərbaycan Kinematoqrafçılar İttifaqının redaktoru, yazıçı-publisist Akif Cabbarlının 75 yaşı tamam olur.

Ədəbi yaradıcılığa 1968-ci ildə, hələ BDU-nun jurnalistika fakültəsinin birinci kursunda oxuyarkən başlayıb. O, bu gün də bədii yaradıcılığını uğurla davam etdirir.

Qələmə aldığı hekayə və publisistik yazılar ölkə mətbuatında dərc olunur və oxucular tərəfindən rəğbətlə qarşılanır.

Əziz dostum Akif Cabbarlı! Belə gözəl gündə, ömrünün müdriklik çağında sənə möhkəm can sağlığı, halallıqla keçdiyin həyat yolunda yenə də eyni inamla, mətinliklə və qətiyyətlə addımlamağı arzulayıram.

Bir sözlə, özün kimi qal, dostum! Necə varsan, eləcə - alnıaçıq, üzüağ!

Mübariz Süleymanlı
Azərbaycan Yazıçılar Birliyinin üzvü
 

Reklam