Bu gecədən etibarən Livanda atəşkəs rejimi tətbiq olunur.
Reyting.az xəbər verir ki, bu barədə İranın yüksək vəzifəli rəsmisi "Əl-Məyadin"ə müsahibəsində bildirib.
Onun sözlərinə görə, atəşkəs İranın təzyiqi sayəsində mümkün olacaq.
O, bir həftəlik atəşkəs elan ediləcəyini və bu atəşkəsin İran-Amerika atəşkəsinin bitməsinə qədər davam edəcəyini bildirib.
İran rəsmisi həmçinin İsrailin Baş naziri Binyamin Netanyahunun atəşkəsi sabotaj edə biləcəyi ehtimalını da istisna etməyib.
E. Kamal