Advert
Advert

Brovarıda terror aktı törədiblər

Tarix:
Brovarıda terror aktı törədiblər
Reklam

Kiyev vilayətinin Brovarı şəhərində terror aktı baş verib, nəticədə bir nəfər yaralanıb. 

Reyting.az-ın məlumatına görə, Ukrayna Milli Polisi bildirib ki, partlayış şəhərin özəl sektorunda qeydə alınıb. 

Partlayışdan sonra polis iki şübhəli şəxsi saxlayıb.

Qeyd edək ki, bundan əvvəl fevral ayında Lvovda bir mağazaya basqın edilməsi ilə bağlı zəngə polis heyəti cavab verib və hadisə yerində partlayış səsi eşidilib. Daha sonra ikinci heyət gələndə başqa bir partlayış səsi eşidilib. Partlayışlar nəticəsində 23 yaşlı polis qadın həlak olub. Məhkəmə daha sonra hücumu törətməkdə şübhəli bilinən 33 yaşlı Rovne vilayətinin Kostopil sakini barəsində məhkəməyəqədər həbs qərarı verib.

Bundan başqa, martın 23-də Buça şəhərində də terror aktı baş vermişdi.

V. Quliyev
 

Reklam