Böyük Britaniya Milli Statistika İdarəsi (ONS) 2025-ci ilin dekabrından 2026-cı ilin fevralına qədər olan dövrü əhatə edən əmək bazarı məlumatlarını açıqlayıb.
Reyting.az xəbər verir ki, məlumata görə, Böyük Britaniyada işsizlik bu dövrdə rüblük olaraq 0,2 faiz azalaraq 4,9 faizə düşüb.
Eyni dövrdə ölkədə işçilərin müntəzəm əmək haqlarında, bonuslar xaric, artım illik 3,6 faiz, bonuslar da daxil olmaqla əmək haqlarında artım isə 3,8 faiz olaraq hesablanıb.
ONS-ın İqtisadi Statistika Direktoru Liz MakKeoun məlumatlara münasibət bildirərək, müntəzəm əmək haqqının artımının son beş ildə ən aşağı səviyyəyə düşdüyünü qeyd edib.
Digər tərəfdən, MakKeoun deyib ki, bu dövrdə Böyük Britaniyada aktiv şəkildə iş axtarmayan insanların sayı artıb və “az sayda tələbə” iş axtarır.
V. Quliyev