Advert
Advert

Britaniya Yaxın Şərqə əlavə qoşun göndərəcək

Tarix:
Britaniya Yaxın Şərqə əlavə qoşun göndərəcək
Reklam

Böyük Britaniya İranın hava hücumları ilə üzləşən müttəfiqlərinin müdafiəsini gücləndirmək üçün Yaxın Şərqə (Bəhreyn və Küveytə) əlavə qoşun göndərmək niyyətindədir.

Reyting.az xəbər verir ki, bu barədə “The Independent” qəzeti müdafiə naziri Con Heylinə istinadla yazıb. 

O, həmçinin baş nazirin Böyük Britaniyanın daha böyük bir müharibəyə cəlb olunmayacağı barədə dəfələrlə verdiyi açıqlamalara baxmayaraq, Səudiyyə Ərəbistanında yer-hava raket sistemi yerləşdirmək və Qətərdə Britaniya “Typhoon” qırıcı təyyarələrinin mövcudluğunu genişləndirmək planlarını açıqlayıb.

Qeyd olunur ki, yeni yerləşdirmə Yaxın Şərqdəki Britaniya Silahlı Qüvvələrinin sayını təxminən 1000 nəfərə çatdıracaq.

Böyük Britaniyanın müdafiə naziri ölkənin Səudiyyə Ərəbistanına “Sky Sabre” hava hücumundan müdafiə sistemi və artilleriya batareyası yerləşdirəcəyini də bildirib.

E. Kamal
 

Reklam