Bazar günü Bolqarıstanda keçirilən növbədənkənar parlament seçkilərinin ilkin qeyri-rəsmi nəticələrinə görə, ölkənin keçmiş prezidenti Rumen Radevin müxalif “Mütərəqqi Bolqarıstan” partiyası qalib gəlib. Partiya səslərin 45,12 faizini qazanıb.
Reyting.az xarici mediaya istinadla xəbər verir ki, R. Radevin bloku parlamentdəki 240 yerdən 135-ni qazanıb. Keçmiş baş nazir Boyko Borisovun rəhbərlik etdiyi avropayönlü GERB partiyası - Demokratik Qüvvələrin İttifaqı isə 12 fazi səs toplayıb.
Ümumilikdə, Bolqarıstanda 6,5 milyon seçici qeydə alınıb, seçkilərdə 14 siyasi partiya və 10 koalisiya iştirak edib.
Y. Qacar