Advert
Advert

BMT-nin məruzəçisi: Şəhər böhranları insan hüquqlarının pozulmasının nəticəsidir

Tarix:
 BMT-nin məruzəçisi: Şəhər böhranları insan hüquqlarının pozulmasının nəticəsidir
Reklam

Şəhərlərin dağıdılmasının və əhalinin məcburi köçürülməsinin qarşısının alınması beynəlxalq ictimaiyyətin əsas prioritetlərindən birinə çevrilməlidir.

Reyting.az xəbər verir ki, bunu BMT-nin mənzil hüququ üzrə xüsusi məruzəçisi Paula Qaviria Bakıda WUF13 çərçivəsində keçirilən “Mənzil böhrandan qurtuluş və yenidənqurma üçün təməl kimi” adlı tədbirdə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, şəhər böhranları insan hüquqlarının pozulmasının və beynəlxalq humanitar hüququn zəifləməsinin nəticəsidir.

"Şəhərlərin dağıdılmasının və icmaların köçürülməsinin qarşısını ala bilməsək, gələcəkdən danışa bilmərik", - deyə o bildirib.

Qaviria qeyd edib ki, oxşar proseslər Qəzzada, Suriyada və Ukraynada da müşahidə olunur.

O, beynəlxalq ictimaiyyətin böhranların nəticələrini aradan qaldırmaqla yanaşı, onların qarşısının alınmasına da daha çox diqqət yetirməli olduğunu vurğulayıb.

"Əgər pozuntular davam edərsə və qarşısı alınmazsa, yenidənqurma necə başlaya bilər?", - deyə xüsusi məruzəçi əlavə edib.

V. Quliyev
 

Reklam