Advert
Advert

Bloqerin Putinə müraciəti 20 milyon baxış toplayıb

Tarix:
Bloqerin Putinə müraciəti 20 milyon baxış toplayıb
Reklam

Uzun müddətdir mühacirətdə yaşayan rusiyalı bloqer Viktoriya Bonyanın sosial şəbəkədə paylaşdığı video, Rusiya prezidentinə ünvanladığı müraciət böyük marağa səbəb olub. Onun paylaşdığı Vladimir Putinə videomüraciəti  "Instagram" platformasında 20 milyondan çox baxış, eyni zamanda 1 milyon bəyənmə toplayıb.

Reyting.az-ın məlumatına görə, bloqer daha sonra yeni bir video paylaşıb. 

Bonya bildirib ki, müraciətindən az sonra onunla jurnalistlər, o cümlədən Yuri Dud və "Dojd TV", eləcə də "The Insider" nəşri kimi müstəqil media qurumları əlaqə saxlayıb. Viktoriyanın dediyinə görə, o, bütün bunlar üçün çalışmaır, mətbuata da müsahibə vermək niyyətində deyil. 

O, öz ölkəsini sevdiyini, həmçinin müxalif mövqedə olmadığını və yalnız fikrini ifadə etdiyini vurğulayıb.

Aprel ayının 14-də yayımlanan, 18 dəqiqə çəkən bu videoda Viktoriya Bonya deyib ki, Rusiyada insanlar prezidentdən qorxur, əslində isə qorxmamalıdırlar.  

Rusiyalı bloqer həm də öz çıxışında Dağıstandakı daşqınlar, Anapada dənizin çirklənməsi, nadir heyvanların öldürülməsi ilə bağlı qanunsuz tətbiq edilən qaydaları, Novosibirskdə mal-qaranın məhv edilməsi, həmçinin internetlə bağlı məhdudiyyətlər kimi problemlərdən söz açıb.

Oqtay Qorçu
 

Reklam