“Düşünürəm ki, biz Körfəz ərəb ölkələrinin, - əgər hələ də yoxdursa,- İranla, ola bilsin Oman vasitəsilə əlaqə kanallarını açmağa başlayacağını görəcəyik”.
Reyting.az xarici KİV-ə istinadla xəbər verir ki, bunu ABŞ-ın təqaüdçü diplomatı Ças Friman “Dialogue Works” YouTube kanalında deyib.
O, Körfəz ölkələrinin tezliklə İranla dialoqa cəhd etməyə başlayacağını proqnozlaşdırıb.
Qeyd edək ki, dünən Rusiya Xarici İşlər Nazirliyi İranın Buşehr Atom Elektrik Stansiyasına hücumların artması ilə bağlı ciddi narahatlığını bildirib. Bəyanatda vurğulanıb ki, bu “ehtiyatsız” hərəkətlər radioloji fəlakət üçün real risk yaradır.
E. Kamal