Saleh Məmmədov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri vəzifəsindən kənarlaşdırıldıqdan sonra bu qurumda aparılan maliyyə pozuntuları ağlasığmaz korrupsiyanı üzə çıxarıb.
Reyting.az-ın Gununsesi.info-ya istinadla verdiyi məlumata görə, aparılan yoxlamalar nəticəsində məlum olub ki, son illər bu qurumda bir milyard manat dövlət vəsaiti mənimsənilib.
Özəl mənbələrdən əldə olunan məlumatda bildirilir ki, Saleh Məmmədovun qarşısında bu vəsaiti geri qaytarmaq tələbi qoyulub.
“Əks təqdirdə, prosesin sonu Saleh Məmmədovu və ətrafını həbsi ilə nəticələnəcək”,- deyə mənbə əlavə edib:
“Əvvəllər 400 milyon manat vəsaitin yoxluğundan söhbət gedirdisə, indi bu rəqəm bir milyard manatı keçir”.
Məlumatda qeyd olunur ki, Saleh Məmmədov vəziyyətin yumşaldılması üçün yeni maliyyə naziri Sahil Babayevlə görüşməyə cəhd etsə də, buna nail ola bilməyib.