“Microsoft”-un həmtəsisçisi, amerikalı milyarder Bill Geyts məhkum edilmiş cinsi cinayətkar Ceffri Epşteynlə qarşılıqlı əlaqələri barədə iyun ayının 10-da ABŞ Konqresi qarşısında ifadə verəcək.
Reyting.az-ın məlumatına görə, B. Geyts C. Epsteyinin qanunsuz əməllərini araşdıran Nümayəndələr Palatasının Nəzarət Komitəsi qarşısında ifadə verməyə razılaşan sonuncu yüksək profilli şəxsdir.
BBC bildirir ki, Geyts Epşteynin qurbanlarından heç biri tərəfindən qanunsuz davranışda ittiham olunmayıb və onun istintaq sənədlərinə daxil edilməsi hələ cinayət fəaliyyəti demək deyil.
Qeyd edək ki, Geytsin ünsiyyəti və Epşteynlə münasibətləri ilə bağlı təfərrüatlar Ədliyyə Nazirliyi tərəfindən bu ilin əvvəlində dərc edilmiş üç milyondan çox sənəddə yer alıb.
Departament milyonlarla sənəd yayımlayıb, lakin daha milyonlarla sənəd hələ də açıqlanmayıb.
V. Quliyev