Advert
Advert

Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan ölkə hansıdır? 

Tarix:
Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan ölkə hansıdır? 
Reklam

Argentina yenə Beynəlxalq Valyuta Fonduna (BVF) ən çox borcu olan ölkədir. Bu ölkənin borcu 60 milyard dolları ötüb. 

Reyting.az xəbər verir ki, bu, 2026-cı il üçün təqdim edilən infoqrafikada qeyd edilib. 

Ekspertlər bunu uzun müddət davam edən inflyasiyanın, valyuta böhranlarının nəticəsi kimi qiymətləndirirlər.

Siyahıda çox borcu olan ölkələr arasında Ukrayna, Misir və Pakistan da var. Bununla belə, bir çox Afrika ölkəsinin BVF-ə olan ümumi borcu 1 milyard dollardan azdır.

Surinam dövlətinin borcu ÜDM-ə nisbətinə görə liderdir ki, bunun da əsas səbəbi son illər bu ölkədəki iqtisadi böhranla əlaqələndirilir.

Ekspertlər xüsusi vurğulayıblar ki, BVF-nin kreditləri maliyyə sabitliyinin təmin olunmasında çox vacib amildir. Lakin beynəlxalq təşkilat olan BVF tərəfindən tətbiq olunan sərt şərtlərlə bağlı dəfələrlə tənqidlər səslənsə də, onlar indiyə qədər bu sahədə köklü dəyişikliklər, islahatlar aparmayıblar.

Oqtay Qorçu

Reklam