Advert
Advert

Belarus ABŞ ilə böyük razılaşmaya hazırdır

Tarix:
Belarus ABŞ ilə böyük razılaşmaya hazırdır
Reklam

“Belarus ABŞ ilə “böyük razılaşma”ya hazırdır, lakin bu razılaşma hər iki tərəfin maraqlarını əks etdirməlidir”.

Reyting.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko RT-yə müsahibəsində deyib.

“Siyasi məhbuslar, sanksiyalar - bunlar xırda məsələlərdir. Daha böyük problemlərimiz var. Bu, geniş bir razılaşmanın mövzusudur. Hazırlıq başa çatdıqdan sonra Tramp ilə görüşməyə və sənədi imzalamağa hazıram”, - deyə o bildirib.

Lukaşenko əlavə edib ki, Vaşinqtonun, xüsusilə Vladimir Putinin prezidentliyi dövründə Moskva ilə razılığa gəlmək üçün əlverişli fürsəti var və Tramp bu prosesdə Minskdən istifadə edə bilər.

E. Kamal

Reklam