Bu gün ermənilərin Kəlbəcər rayonunun Başlıbel kəndində törətdikləri qətliamın 33-cü ili tamam olur.
Reyting.az xatırladır ki, 1993-cü il aprelin 18-də silahlı ermənilər Başlıbeldə qətliam törədiblər.
1993-cü il aprelin ilk günlərində Kəlbəcər rayonunun işğalı zamanı 2 minə yaxın əhalisi olan Başlıbel kəndində 73 sakin evlərini tərk edə bilməyib. Onlar aprelin 2-də mühasirədən çıxmağa çalışasa da, ermənilər 9 nəfəri qətlə yetirib, 5 nəfəri isə girov götürüb. Qalan 62 nəfər dağlara çəkilərək kahalarda gizlənmək məcburiyyətində qalıb.
Aprelin 18-də sakinlərin yerlərini aşkarlayan ermənilər kahalara hücum edərək daha 18 nəfəri qətlə yetirib, 14 sakini isə girov götürüblər. Hücum zamanı bir nəfər itkin düşüb. Sağ qalan 30 nəfər 113 gün mühasirədə qalıb. Nəhayət, iyulun 17-də onlar ancaq gecə hərəkət edərək dağ yolları ilə mühasirədən çıxa biliblər.
Onu da qeyd edək ki, Kəlbəcər rayonu 44 günlük Vətən müharibəsi zamanı - 25 noyabr 2020-ci ildə Ermənistanın işğalından azad edilib.