Bu gün Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsinə start veriləcək.
Reyting.az-ın məlumatına görə, ilk oyun günündə "Sabah" "Gəncə" ilə üz-üzə gələcək.
Görüş Bakı İdman Sarayında, saat 19:00-da başlayacaq.
Qeyd edək ki, yarımfinal mərhələsinin digər görüşündə sabah "Abşeron Lions" və "Neftçi" komandaları münasibətləri aydınlaşdıracaqlar.(Report)