Bakıda polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı müqavimət göstərən şəxslər tutulublar.
Reyting.az xəbər verir ki, bu barədə məlumat Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildiriblər.
Qeyd edilib ki, ümumi təhlükəli üsulla xuliqanlıq niyyəti ilə şəxsin sağlamlığına ağır zərər vurduğuna görə axtarışda olan və əvvəllər dəfələrlə məhkum olunmuş Saleh Valehovun saxlanılması zamanı onunla birlikdə olan, əvvəllər dəfələrlə məhkum olunmuş İlqar Aslanov balta ilə polis əməkdaşlarına müqavimət göstərib.
Polis əməkdaşları tərəfindən tabel silahı tətbiq etməklə İ. Aslanov saxlanılıb. O, xəstəxanaya yerləşdirilib, S. Valehov isə istinaqa təhvil verilib.
Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.(Qafqazinfo)