Advert
Advert

Bakıda güclü yanğın başlayıb - (Yenilənib) - Video

Tarix:
Bakıda güclü yanğın başlayıb - (Yenilənib) - Video
Reklam

Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki böyük anbarlardan birində güclü yanğın başlayıb.

Reyting.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, hadisə yerinə dərhal Dövlət Yanğından Mühafizə Xidməti əməkdaşları, yanğınsöndürən texnikalar və canlı qüvvə cəlb olunub.

Hazırda yanğının qarşısının alınması və alovun söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

Lökbatan qəsəbəsində yerləşən anbarda baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.

Reyting.az xəbər verir ki, yanğınsöndürmə əməliyyatlarına Fövqəladə Hallar Nazirliyinin (FHN) aviasiya dəstəsinin helikopteri də cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Onu da edək ki, yanan anbarın “Bakı Logistika”ya məxsus olduğu bildirilir.
 

Reklam