Advert
Advert

Bakı-Tbilisi qatarında pulsuz baqaj yükünün çəkisi müəyyənləşib

Tarix:
Bakı-Tbilisi qatarında pulsuz baqaj yükünün çəkisi müəyyənləşib
Reklam

Bakı-Tbilisi-Bakı sərnişin qatarında Komfort və Komfort+ sinifləri üzrə çəkisi 23 kq-dan (Lüks sinifdə 30 kq-dan) çox olmayan 1 ədəd baqajı pulsuz aparmaq mümkün olacaq. 

Reyting.az xəbər verir ki,  bu barədə "Azərbaycan Dəmir Yolları" QSC məlumat yayıb.

Bildirilib ki, kiçik əl yükü üçün də ödəniş tələb olunmur: "Pulsuz aparıla bilən əşyalara qatlanan uşaq arabası da daxildir. Komfort+ kupesini tam bron edən sərnişinlər isə uşaq arabalarını həm də açıq vəziyyətdə daşıya bilərlər"

Reklam