Azərbaycan Hava Yollarının (AZAL) 27 iyun 2026-cı il tarixinə planlaşdırılan Bakı-Naxçıvan reysləri Naxçıvan aeroportunda müşahidə olunan ildırımlı hava şəraiti səbəbindən ləğv edilib.
Reyting.az-ın xəbərinə görə, bu barədə məlumat “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən verilib.
Sərnişinlərə mümkün dəyişikliklərlə bağlı ətraflı məlumat veriləcək və hava şəraiti sabitləşdikdən sonra uçuşlar ştat rejimdə icra edilməyə davam edəcək.
Qeyd olunur ki, AZAL-da bütün qərarlar sərnişinlərin və ekipajın təhlükəsizliyinin təmin olunması məqsədilə qəbul edilir və beynəlxalq aviasiya təhlükəsizliyi standartlarına uyğun şəkildə həyata keçirilir.
Onu da qeyd edək ki, son vaxtlar müşahidə olunan hava şəraiti səbəbindən Bakı-Naxçıvan-Bakı təyyarə reysləri bir neçə dəfə ləğv edilib.