Bakı metrosunun bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq edilib.
Reyting.az xəbər verir ki, bu barədə Bakı Metropoliteni məlumat yayıb.
İlkin məlumata əsasən, bu gün saat 12:10 radələrində “Ulduz-Nərimanov” mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlıq yaranıb.
Təhlükəsizlik məqsədilə “Ulduz” və “Nərimanov” stansiyalarında sərnişinlərin təxliyəsi həyata keçirilir. Bu səbəbdən qatarların “Nərimanov-Əhmədli” istiqamətində hərəkəti məhdudlaşdırılıb.
Hazırda problemin aradan qaldırılması və gərginliyin bərpası istiqamətində tədbirlər görülür.
Əlavə məlumat veriləcək.
***
"Bakı Metropoliteni" QSC-nin fəaliyyəti bərpa olunub.
Reyting.az ASC-yə istinadən xəbər verir ki, xətlər üzrə qatarlararası intervallar qorunmaqla hərəkət tam təmin edilib: "Yaranmış narahatlığa görə sərnişinlərdən bir daha üzr istəyir, göstərilən anlayışa görə təşəkkür edirik".