Advert
Advert

Bakı Dövlət Universitetinə prorektor təyin olunub

Tarix:
Bakı Dövlət Universitetinə prorektor təyin olunub
Reklam

Bakı Dövlət Universitetinə (BDU) yeni prorektor təyin olunub.

Reyting.az Ölkə.az-a istinadla xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Mirzə Mirzəyev BDU-nun maliyyə-təsərrüfat işləri üzrə prorektoru təyin olunub. O, son təyinatadək BDU rektorunun maliyyə və inzibati məsələlər üzrə müşaviri vəzifəsində çalışıb.

Qeyd edək ki, bundan əvvəl həmin vəzifədə Nəbi Ramazanlı işləyib. O, bir müddət əvvəl tutduğu postdan azad edilib.

Xatırladaq ki, 2021-ci ilin iyulunda BDU-nun əsas korpusunda o zaman rektorun maliyyə məsələləri üzrə müşaviri olan Mirzə Mirzəyev və komendant Şahlar Bəgalıyevə universitetin təsərrüfat şöbəsində fəhlə işləyən İsmixan Mirzəyev tərəfindən bıçaqla xəsarət yetirilmişdi.

Reklam