7 iyul 2026-cı il saat 11:00-dan etibarən Regional Təhsil İdarələri və Naxçıvan Muxtar Respublikasının tabeliyində olan məktəbəqədər təhsil müəssisələrinə, 9 iyul 2026-cı il saat 11:00-dan etibarən isə Bakı şəhəri üzrə məktəbəqədər təhsil müəssisələrinə qəbul üçün elektron növbələrin yaradılmasına başlanılacaq.
Reyting.az xəbər verir ki, 2021 və 2022-ci il təvəllüdlü uşaqlar üçün növbələr saat 11:00-da, 2023, 2024 və 2025-ci il təvəllüdlü uşaqlar üçün isə saat 15:00-da aktiv olacaq.
Məlumata görə, bu il ilk dəfə olaraq qəbul prosesi “myGov” platforması üzərindən həyata keçiriləcək. Belə ki, valideynlər (və ya qanuni nümayəndələr) qeyd olunan tarixlərdə “myGov” kabinetinə daxil olaraq “Xidmətlər” bölməsindən Elm və Təhsil Nazirliyinin “Məktəbəqədər təhsil müəssisələrinə qəbul” xidmətini seçməklə elektron müraciət prosesini həyata keçirə bilərlər.