Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ölkədə yaşayan İran vətəndaşlarının əmlakını müsadirə etməyə başlayıb.
Reyting.az-ın məlumatına görə, İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) bu barədə özünün Telegram kanalında bildirib.
Qeyd olunur ki, "Üçüncü məcburi müharibə" zamanı ABŞ və sionist rejimi dəstəkləmək üçün öz ərazisini və hava məkanını təmin edən Əmirlik hökuməti düşmənçilik hərəkətlərini davam etdirir və Əmirliklərdə yaşayan İran vətəndaşlarının əmlakını müsadirə etməyə başlayıb.
İİKK bəyan edir ki, bir qrup İran vətəndaşının BƏƏ-də saxlanıldığı və sonradan səhranın ortasındakı ağır şəraitli həbsxanalara göndərilməsi barədə məlumatlar var.
Bəyanata görə, hökumət və Xarici İşlər Nazirliyi tərəfindən vəziyyəti araşdırmaq və ya həll etmək üçün heç bir cavab verilməyib.
Bildirilir ki, İslam Respublikasının xaricdəki vətəndaşları arasında narahatlıqlar və iki ölkə arasında gərginlik artır.
V. Quliyev