“Azərbaycan Hava Yolları” (AZAL) Naxçıvan Beynəlxalq Aeroportunun yaxınlığında davam edən əlverişsiz hava şəraiti səbəbindən Bakı-Naxçıvan-Bakı marşrutu üzrə uçuşları yenidən təxirə salıb.
Reyting.az AZAL-a istinadən xəbər verir ki, sərnişinlərin təhlükəsizliyi əsas götürülərək bütün zəruri tədbirlər görülür.
Hava şəraiti sabitləşdikdən sonra reyslərin əvvəlki qaydada icrasına davam ediləcək.