Advert
Advert

AZAL-ın rəhbəri milli kadrları uçuşlardan kənarlaşdırır

Tarix:
AZAL-ın rəhbəri milli kadrları uçuşlardan kənarlaşdırır
Reklam

AZAL-ın rəhbəri Samir Rzayev Azərbaycan vətəndaşı olan 40 nəfərə yaxın pilotu uçuşlardan kənarlaşdırıb.

Reyting.az xəbər verir ki, bunu Gununsesi.info-ya uzun illər AZAL-da pilotu kimi çalışan bir qrup şəxs bildirib.

Onların sözlərinə görə, uçuşlardan kənarlaşdırılmalarına səbəb AZAL-ın Türkiyədən və başqa ölkələrdən işə pilot götürməsidir.

“Halbuki Azərbaycan pilotları haqqında ən yüksək fikirləri cənab Prezident söyləyib”,- deyən pilotlar əlavə ediblər ki, milli kadrları müxtəlif bəhanələrlə uçuşlardan kənarlaşdırırlar.

Onların iddiasına görə, bu prosesə Samir Rzayevin Türkiyə vətəndaşı olan müşavirlərindən biri rəhbərlik edir.

Məsələ ilə bağlı AZAL-ın İctimaiyyətlə Əlaqələr Şöbəsinə sorğu ünvanlansa da, cavab verilməyib.
 

Reklam