Advert
Advert

“Azəriqaz”ın işçilərinin maaşları ləngiyib

Tarix:
“Azəriqaz”ın işçilərinin maaşları ləngiyib
Reklam

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyində işləyənlərin maaşı verilmir.

Reyting.az xəbər verir ki, bu barədə “Yeni Sabah”a birliyin əməkdaşları bildirib.

Onların iddialarına görə, aprelin 7-si olsa da, mart ayının əməkhaqları hələ də ödənilməyib və məsələ ilə bağlı aidiyyəti şəxslərlə əlaqə saxlamaq cəhdləri də nəticəsiz qalır.

Əməkdaşların sözlərinə görə, əvvəllər belə hallara rast gəlinmirdi və əməkhaqları hər ayın sonunda ödənilirdi. Onlar deyib ki, vəziyyət son illər, daha dəqiq desək, “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra dəyişib. İşçilər bildiriblər ki, məhz həmin dövrdən etibarən maaşların verilməsində ləngimələr müşahidə olunmağa başlayıb.

Şikayətçilər qeyd edirlər ki, maaşların niyə gecikdirildiyi barədə onlara hər hansı rəsmi izahat verilmir. Onların sözlərinə görə, məsələ ilə bağlı müxtəlif nömrələrə zəng etsələr də, ya telefonlara cavab verilmir, ya da konkret məlumat almaq mümkün olmur.

“Yeni Sabah” məsələ ilə bağlı “Azəriqaz”a rəsmi sorğu ünvanlayıb. Lakin dəfələrlə əlaqə saxlanılmasına baxmayaraq, qurum tərəfindən suallara hər hansı cavab verilməyib.

Reklam