Azərbaycanlı nazir Böyük Britaniyanın paytaxtı Londonda 4 milyon 600 min funt sterlinqə (10 milyon 342 min manat) mənzil alıb.
Reyting.az xəbər verir ki, bunu hazırda xaricdə yaşayan araşdırmaçı-jurnalist Cavanşir Həsənli bildirib.
O, sosial şəbəkə hesabında qeyd edib ki, Londonda köhnə binada bir mənzili 17 yanvar 2002-ci ildə 800,000 funta,
19 iyun 2002-ci ildə 1,090,000 funta, (əvvəlki satışdan təxminən 36% baha),
29 iyul 2002-ci ildə 125,000 funta (bu dəfə 89% aşağı qiymətə),
və nəhayət 19 aprel 2018-ci il tarixdə son satış qiymətindən 3580 faiz bahasına, yəni 4,600,000 funta azərbaycanlı nazirə satıblar.
Az qala 37 dəfə baha! Bunu necə bacarıblar?”.
Lakin C. Həsənli Londonda ev alan nazirin adını açıqlamayıb.
