Advert
Advert

Azərbaycanın strateji valyuta ehtiyatları 2,9 milyard artıb

Tarix:
Azərbaycanın strateji valyuta ehtiyatları 2,9 milyard  artıb
Reklam

"Bu ilin yanvar-aprel aylarında Azərbaycanın strateji valyuta ehtiyatları 2,9 milyard ABŞ dolları və yaxud 3,4 % artaraq 88 milyard ABŞ dollarına çatıb".

Reyting.az xəbər verir ki, bunu Mərkəzi Bankının sədri Taleh Kazımov mətbuat konfransında açıqlayıb.

O bildirib ki, bu ehtiyatlar 38 aylıq idxala kifayət edir, geniş manat kütləsini (M2 aqreqatı) 3,7 dəfə üstələyib.

Reklam