Prezident İlham Əliyev və İran prezidenti Məsud Pezeşkian arasında baş tutmuş telefon danışıqlarına əsasən, qonşu və dost İran xalqının hazırkı ehtiyaclarının təmin edilməsi məqsədilə bu gün Azərbaycandan İrana növbəti humanitar yardım yola salınıb.
Reyting.az xəbər verir ki, İran İslam Respublikasına göndərilən humanitar yardıma ümumi həcmi 200 ton olan müxtəlif adda ərzaq məhsulları, dərman vasitələri və tibbi ləvazimatlar daxildir. Humanitar yardıma 190 ton ərzaq və qida məhsulları, 7 ton həcmində dərman vasitələri və 3 ton həcmində isə tibbi ləvazimatlar daxildir.
Humanitar yardım 10 yük avtomobili (TIR) vasitəsilə göndərilib.