Advert
Advert

Azərbaycanda saxlanılan mafiya başçısı ekstradisiya edilib - Video

Tarix:
Azərbaycanda saxlanılan mafiya başçısı ekstradisiya edilib - Video
Reklam

Şri-Lanka polisi “Batuwatte Chamara” ləqəbi ilə tanınan məşhur cinayət aləmi nümayəndəsi Manoj Suranqa Liyanagenin Azərbaycandan Şri-Lankaya ekstradisiya edildiyini açıqlayıb.

Reyting.az xəbər verir ki, bu barədə məlumatı Şri-Lanka mətbuatı yayıb.

Raqama şəhərinin Batuatta bölgəsinin sakini olan 48 yaşlı şübhəli uzun müddət hüquq-mühafizə orqanlarından gizlənə bilib. Araşdırmalar zamanı məlum olub ki, o, uzun illər Dubayda yaşayıb və təxminən bir il əvvəl Azərbaycana köçüb. Daha sonra isə Azərbaycanda saxlanılıb.

Onun ekstradisiyası mayın 7-də Azərbaycana gələn Şri-Lanka polis əməkdaşlarından ibarət xüsusi qrup tərəfindən həyata keçirilib. Şübhəli Hindistan və Dubay üzərindən Bandaranaike Beynəlxalq Hava Limanına (BIA) gətirilib.

Polisin məlumatına görə, Suranqa Şri-Lankada mütəşəkkil cinayətkarlıqla bağlı bir neçə səs-küylü cinayət işində əsas şübhəlilərdən biridir. Onun adı silahlı hücumlar və qətl hadisələrində hallanır. Eyni zamanda, o, ölkədə narkotik qaçaqmalçılığı şəbəkəsinin əsas təşkilatçılarından biri hesab olunur.

Şübhəli hava limanına çatdırıldıqdan sonra Kolombo Cinayətkarlıqla Mübarizə Bölməsinə (CCD) təhvil verilib.

V. Quliyev
 

Reklam