Advert
Advert

Azərbaycana külli midarda narkotik gətirmək istəyiblər

Tarix:
Azərbaycana külli midarda narkotik gətirmək istəyiblər
Reklam

Dövlət Sərhəd Xidməti (DSX) və Daxili İşlər Nazirliyi (DİN) birgə narkotik əməliyyatı keçirib.

Reyting.az xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, may ayının 23-də Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində DSX və DİN əməkdaşlarının birgə keçirdiyi kompleks əməliyyat-qoşun tədbirləri nəticəsində ümumi çəkisi 38 kiloqram 130 qram narkotik vasitə və 2890 ədəd psixotrop tərkibli Metadon M-40 həbinin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.


 

Reklam