Advert
Advert

Azərbaycana 20 kiloqram narkotik keçirilməsinin qarşısı alınıb

Tarix:
Azərbaycana 20 kiloqram narkotik keçirilməsinin qarşısı alınıb
Reklam

İrandan Azərbaycana külli miqdarda narkotik maddə keçirilməsinin qarşısı alınıb.

Reyting.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətindən (DSX) bildiriblər.

Məlumata görə, DSX-nin Sərhəd Qoşunları Komandanlığının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 20 kiloqram 615 qram narkotik vasitə marixuana və 470 ədəd psixotrop tərkibli Metadon M-40 həbinin İrandan Azərbaycan ərazisinə keçirilməsinin qarşısı alınıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Reklam