Advert
Advert

Azərbaycan və İranın XİN rəhbərləri ikitərəfli məsələləri müzakirə ediblər

Tarix:
 Azərbaycan və İranın XİN rəhbərləri ikitərəfli məsələləri müzakirə ediblər
Reklam

Martın 30-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi arasında telefon danışığı olub.

Reyting.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı daha da gərginləşməkdə olan regional vəziyyətdən dərin narahatlıq ifadə olunub.

Bölgədə hərbi toqquşmaların tezliklə dayandırılması istiqamətində diplomatik səylərin artırılmasının vacibliyi vurğulanıb.

Nazirlər həmçinin qarşılıqlı maraq doğuran ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Reklam