Aprelin 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstanın paytaxtı Tbilisidə rəsmi qarşılanma mərasimi olub.
Reyting.az xəbər verir ki, dövlət başçımızın şərəfinə fəxri qarovul dəstəsinin düzüldüyü meydanda Gürcüstan Respublikasının Pezidenti Mixeil Kavelaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.
Azərbaycanın və Gürcüstanın Dövlət himnləri səsləndirilib.
Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər.