Bu gün Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunları başlayır.
Reyting.az xəbər verir ki, ilk finalçı “Zirə”-“Turan Tovuz” qarşılaşması zamanı müəyyənləşəcək.
Zirə İdman Kompleksinin stadionunda keçiriləcək oyunu Əli Əliyev idarə edəcək.
Xatırladaq ki, komandalar arasında baş tutmuş ilk görüş “qartallar”ın 2:0 hesablı qələbəsi ilə yekunlaşmışdı.
Azərbaycan Kuboku
1/2 final cavab oyunu
21 aprel
19:00. “Zirə”-“Turan Tovuz”
Hakimlər: Əli Əliyev, Namiq Hüseynov, Rahil Ramazanov, Rəşad Əhmədov
VAR: Rauf Cabarov
AVAR: Elşad Abdullayev
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Seymur Səlimli
İlk oyun – 2:0
Zirə İdman Kompleksinin stadionu.
Qeyd edək ki, ikinci finalçı sabah keçiriləcək “Sabah”-“Qarabağ” oyununda müəyyənləşəcək.