Təbiət həvəskarlarının, uşaq və yeniyetmələrin ümumi maraqları nəzərə alınmaqla, ayı növləri ilə bağlı yeni infoqrafika xəritəsi hazırlanıb.
Reyting.az-ın məlumatına görə, alimlərin 2026-cı il üçün hazırladığı yeni infoqrafikda qeyd olunur ki, səkkiz ayı növü mövcuddur. Onlar əsasən, Avrasiya və hər iki Amerika ərazilərinə yayılıb.
Ayıların dəqiq ölçüsü ayaq üstə dayanmaqları ilə təyin olunub.
Ən böyük nümayəndə ağ (qütb) ayıdır ki, ayağa qalxdıqda boyu 2,8 metrə, ümumi çəkisi isə təxminən 700 kiloqrama çata bilər. Qəhvəyi ayının da onunla rəqabət aparacaq ölçü və çəkisi var.
Qeyd olunur ki, bəzi qəhvəyi ayı növlərinin boyu 2,5 metrə yaxındır, çəkiləri isə tez-tez dəyişir.
Siyahıda üçüncü yerdə boyu 2 metrə çatan Amerika qara ayısı - baribaldır.
Ən kiçik növ isə malay ayısıdır. Onun hündürlüyü 1,5 metrə, çəkisi təxminən 65 kiloqrama çatır. Bu növ nadir sayılır və Beynəlxalq Qırmızı Kitaba daxil olduğundan vəhşi təbiətdə çox həssas növ kimi qiymətləndirilir.
Mütəxəssislər vurğulayıblar ki, kiçik panda böyük pandadan fərqli olsa da, bu canlı ayı hesab olunmur və elm aləmində qəbul edildiyi kimi, tamamilə pandalar fəsiləsinə aiddirlər.

Oqtay Qorçu