Rusiya, Hindistan, ABŞ və Çin arasında yeni “Ay yarışı” başlayıb. Bu, Yerin peykindəki qiymətli ehtiyatlar uğrunda güclər arasında yeni rəqabət fonunda baş verir.
Reyting.az-ın xəbərinə görə, bu barədə “The New York Times”-ın köşə yazarları - Marko Hernandez, Malika Xurana və Kennet Çanqın dərc etdikləri məqalədə qeyd olunub.
Analitiklər yazırlar ki, XX əsrdə NASA və Sovet İttifaqı diqqəti Ayın Yerlə birbaşa radiorabitə olan yaxın tərəfinə yönəldib. Hazırda isə iri agentliklər Ayın qütblərinə, eləcə də planetimizdən görünməyən tərəfinə maraq göstərirlər.
Müəlliflər bildirirlər ki, qütblərdəki kraterlərdə buzun tərkibində içməli su, oksigen və raket yanacağı, o cümlədən Yer kürəsində olduqca nadir rast gəlinən helium-3 var.
Onu da qeyd edək ki, NASA-nın göyərtəsində 4 astronavtın olduğu “Orion” kosmik gəmisi Aya məsafənin üçdən iki hissəsini qət edib.
Y.Qacar