Moldovada "Avroviziya" səsverməsi ilə bağlı qalmaqal ölkənin ictimai yayım qurumunda istefaya səbəb olub.
Reyting.az-ın məlumatına görə, ölkənin radio və televiziya rəhbəri “Avroviziya” Mahnı Müsabiqəsində verilən səslərlə bağlı yaranan kəskin narazılıqlardan sonra vəzifəsindən ayrılıb.
Etirazlara səbəb Moldovanın münsiflər heyətinin qonşu Rumıniyaya finalda üç xal verməsi olub. Sosial şəbəkələrdə yüzlərlə izləyici və müsabiqə fanatı bu qərarı tənqid edərək səsvermənin ədalətsiz olduğunu bildirib.
Qeyd edək ki, Moldova ilə Rumıniya arasında tarixi, dil və mədəni bağların güclü olması səbəbindən verilən aşağı xal ölkədə xüsusilə emosional reaksiya doğurub.(milli.az)