Advert
Advert

Avropanın varlı ölkələri - 2030 proqnozu necədir?

Tarix:
Avropanın varlı ölkələri - 2030 proqnozu necədir?
Reklam

2030-cu ilə qədər Avropada adambaşına düşən ümumi daxili məhsul (ÜDM) artsa da, ölkələr arasında ümumi reytinq cədvəlində ciddi dəyişikliklərin baş verməsi gözlənilmir. Bu barədə Beynəlxalq Valyuta Fondunun və “Euronews”un proqnozlarında qeyd olunub.

Reyting.az xəbər verir ki, ekspertlərin proqnozuna görə, alıcılıq qabiliyyətinə əsasən lider İrlandiya olacaq və hazırda birinci yerdə olan Lüksemburqu sürətlə geridə qoyacaq. Bununla belə, bəzi mütəxəssislər İrlandiyanın göstəricilərinin şübhəli olduğunu bildirirlər. Onların fikrincə, ölkənin statistikası çoxmillətli şirkətlərin təsiri ilə süni şəkildə şişirdilmiş ola bilər.

Ekspertlər hesab edirlər ki, ilk beşlikdə Norveç, İsveçrə və Danimarka öz mövqelərini qoruyacaqlar. Böyük iqtisadiyyata malik ölkələr arasında Almaniya 12-ci, Fransa 15-ci, Böyük Britaniya 16-cı, İtaliya 18-ci, İspaniya isə 22-ci yerdə qərarlaşacaq.

Reytinqin son pillələrində əsasən Avropa İttifaqına namizəd olan bəzi ölkələr - Ukrayna, Kosovo və Moldova yer alacaq. Türkiyənin isə 29-cu yerə yüksələrək bəzi Aİ ölkələrini geridə qoyacağı proqnozlaşdırılır.

Ümumilikdə, 2030-cu ilə qədər lider ölkələrdə adambaşına düşən ÜDM-in təxminən 160–180 min dollar olacağı gözlənilir. Aİ-yə namizəd ölkələrdə isə bu göstəricinin 50 min dollardan aşağı qalacağı ehtimal edilir ki, bu da iqtisadi fərqlərin daha da dərinləşməsinə səbəb olacaq.

Oqtay Qorçu
 

Reklam