Advert
Advert

Avropada başqa ölkələrdən gələnlərə etimad artır

Tarix:
Avropada başqa ölkələrdən gələnlərə etimad artır
Reklam

Avropada yad insanlara, eyni zamanda turistlərə etimad səviyyəsi barədə bu ilin yeni infoqrafikası açıqlanıb. 

Reyting.az xəbər verir ki, "World Values Survey və European Values Study" mərkəzinin məlumatlarına əsasən, Avropa ölkələrində sosial etimad səviyyəsi ötən illərə nisbətən çox kəskin fərqlənir.

Araşdırmalara görə, ən yüksək etimad hələ ki, Şimali Avropa coğrafiyasındadır. Məlum olub ki, Danimarkada 74 faiz respondent, Norveçdə isə insanların 72 faizi bir-birinə etibar edə biləcəyini söyləyib. Finlandiya və İsveçdə, o cümlədən də İslandiyada bu göstərici təxminən 60 faizdən yuxarıdır.

Yadlara, həmçinin turistlərə qarşı etimadın ən aşağı səviyyədə göstəricisi Albaniyada qeydə alınıb – 3 faiz.

Araşdırmalara görə, belə aşağı göstəricilər Kipr, Yunanıstan, Bosniya və Herseqovinada da müşahidə olunub.

Rusiyada isə respondentlərin yalnız 23 faizi yad adamlara, turist kimi gələnlərə, eləcə də ümumi tanışlıqlar vasitəsilə ünsiyyətdə olduqları digər şəxslərə etibar etdiklərini bildiriblər.

Oqtay Qorçu
 

Reklam