Advert
Advert

Avropa Birliyinin bayrağı yenidən Macarıstan Parlamentində qaldırılacaq

Tarix:
 Avropa Birliyinin bayrağı yenidən Macarıstan Parlamentində qaldırılacaq
Reklam

Avropa Birliyi (AB) bayrağı yenidən Macarıstan Parlamentinin fasadında görünəcək. 

Reyting.az xəbər verir ki, bu barədə  Macarıstanın gələcək Baş naziri Peter Macar “Facebook” bildirib.

Onun sözlərinə görə, Milli Assambleyanın açılış iclasında Macarıstan bayrağı ilə yanaşı, AB bayrağı da dalğalanacaq.

AB bayrağı 12 ildən çoxdur ki, parlament binasında dalğalanmayıb. Hətta Macarıstanın 2024-cü ildə AB Şurasına sədrliyi dövründə belə, səlahiyyətlilər məcburi tələbin olmamasını əsas gətirərək bayrağın asılmasına imkan verməyiblər.

2004-cü ildən qüvvədə olan qanuna görə, AB bayrağının hökumət binalarında müəyyən şərtlər daxilində istifadəsinə icazə verilir, baxmayaraq ki, parlament binaları istisna ola bilər.

Onu qeyd edək ki, Macarıstanın yeni parlamentinin açılış iclası mayın 9-da keçiriləcək və bundan sonra Peter Macarın Baş nazir vəzifəsini icra edəcəyi gözlənilir.

V. Quliyev
 

Reklam