Advert
Advert

Avropa ABŞ-sız NATO planının hazırlanmasını sürətləndirib

Tarix:
Avropa ABŞ-sız NATO planının hazırlanmasını sürətləndirib
Reklam

Avropa ABŞ-ın Şimali Atlantika Alyansını tərk etmək qərarına gəldiyi halda müdafiə qabiliyyətini qorumaq üçün ehtiyat plan üzərində fəal şəkildə işləyir. 

Reyting.az-ın məlumatına görə, özəl mənbələr “The Wall Street Journal”-a bildiriblər ki, rəsmilər rəhbərlik vəzifələrinin əksəriyyətini avropalıların tutacağı “Avropa NATO-su”nun yaradılması ideyasını reallaşdırmaq işləyirlər.

Nəşr onu da əlavə edib ki, planlar 2025-ci ildə ABŞ prezidenti Donald Trampın Qrenlandiyanı ilhaq etmək təhdidlərindən sonra müzakirə olunmağa başlayıb. Bundan əvvəl Tramp etiraf etmişdi ki, o, ABŞ-ı NATO-dan çıxarmaq barədə ciddi düşünür.

Y. Qacar
 

Reklam