Advert
Advert

"Avatar 4" filmi ekrana böyük dəyişikliklər gətirəcək

Tarix:
Reklam

Yeni "Avatar 4" filmi franşizanın ən heyrətamiz yenilikləri ilə yadda qalacaq.

Reyting.az xəbər verir ki, bunu dünya şöhrətli rejissor Ceyms Kemeronun çəkdiyi "Avatar" filmində Ceyk Salli obrazını canlandıran aktyor Sem Uortinqton bildirib.

Baş rol ifaçısının sözlərinə görə, ötən ilin dekabr ayında təqdim olunan "Avatar: Od və kül" filmi dünya üzrə 1,48 milyard dollardan çox gəlir əldə etsə də, əvvəlki iki film daha uğurlu olub və onların hər biri 2 milyard dollardan artıq kassa gəliri qazanıb. Aktyorun fikrincə, məhz bu müqayisəli gözləntilər növbəti ekran əsərinin taleyi ilə bağlı geniş müzakirələrə səbəb olub və bu da məşhur rejissora əlavə stimul verib.

Uortinqton xüsusi vurğulayıb ki, bütün risklərə baxmayaraq, "Avatar" mövzusunda ekrana radikal yeniliklər gətirmək istəyindən vaz keçməyən Hollivudun məşhur rejissoru beş filmdən ibarət planından imtina etməyib.

Filmdə Ceyk Salli rolunu canlandıran aktyor qeyd edib ki, Ceyms Kemeron həmişə olduğu kimi iş başındadır və "Avatar" filmləri ilə bağlı yeni yaradıcılıq mərhələsinə qədəm qoyub. Aktyorun açıqlamasından məlum olub ki, artıq "Avatar"ın dördüncü və beşinci hissələrinin ssenariləri də hazırdır.

"Avatar" filmi, eləcə də dünya şöhrətli amerikalı kinorejissor, prodüser və ssenarist Ceyms Kemeron haqqında yüksək fikirlər səsləndirən Sem Uortinqton "CBS Mornings" proqramına müsahibəsində bildirib ki, indiyədək oxuduğu ssenarilər arasında ən çox bəyəndiyi məhz "Avatar 4" üçün yazılmış ssenaridir. Onun sözlərinə görə, artıq ssenaridən də göründüyü kimi, bu yeni film həmin kainatın özünəməxsus aləmini və dinamikasını tamamilə dəyişəcək.

S. Uortinqton C. Kemeronun yaxın vaxtlarda çəkəcəyi ekran əsərinin süjeti barədə geniş məlumat verməsə də, "Avatar"ın dördüncü filmində hadisələrin səkkiz illik zaman sıçrayışından sonra cərəyan edəcəyi bildirilir.

Oqtay Qorçu
 

Reklam